Biləcəridə bir sutkadır işıq yoxdur – Səbəb

 


   
Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində elektrik enerjində fasilənin yaranmasına səbəb açarların zədələnməsi olub.
Bu sözləri Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Biləcəri qəsəbəsi Yeni Yaşayış Massivində dünən axşamdan işıqların olmaması ilə bağlı danışarkən deyib.
T.Mustafayev bildirib ki, problem bu gün aradan qaldırılacaq:
“Açarların biri zədələnmişdi, işığın kəsilməsi də onunla əlaqədar idi. Bu gün problem birdəfəlik aradan qaldırılacaq”.
Xatırladaq ki, Biləcəri qəsəbəsi Yeni Yaşayış massivi sakinlərinin sözlərinə görə, massivdə ötən gün axşam saatlarından elektrik enerjisinin verilməsi dayandırılıb və hələ də bərpa edilməyib.
Tarix: 11-07-2018, 14:07
Xəbəri paylaş





Xəbər lenti