Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb


cetene kolu

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.


Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilir ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Samux kənd sakini Röyal Kərimov saxlanılıb.

R. Kərimovun kənd ərazisindəki əkin sahəsində narkotik tərkibli bitkiləri aqrotexniki qaydalarla yetişdirdiyi müəyyən olunub və oradan 42 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Tarix: 16-06-2020, 14:39
Xəbəri paylaş





Xəbər lenti