Azərbaycanda iş adamı cinayət yolu ilə əldə olunmuş əmlakı necə leqallaşdırıb? - Cinayət işində iki məşhur şirkətin adı hallanır


Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda ittiham olunan iş adamı Araz Teymurlunun barəsində cinayət işi başlanıb.

Pravda.az-ın məlumatına görə, Araz Teymurluya Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Araz Teymurlunun cinayət işində iki məşhur şirkətin də adı keçir. Bunlar “Aztol-Alat” Məhdud Məsuliyyətli Cəmiyyət və "Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyətidir.

Bundan başqa, Araz Teymurlunun cinayət işində zərərçəkmiş şəxs qismində Vaqif Arif oğlu Səfərov, Arif Adil oğlu Novruzov və Orxan Natiq oğlu Məmmədov da zərərçəkmiş şəxs qismində tanınıblar.

Araz Teymurlunun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Onun barəsində toplanan material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
 
Tarix: 20-05-2021, 14:23
Xəbəri paylaş





Xəbər lenti