Azərbaycanda əsgər özünü güllələyib - RƏSMİ


Azərbaycanda əsgər özünü güllələyib -    RƏSMİ
Penitensiar Xidmətin əsgəri intihar edib
 
Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin əsgəri intihar edib. AYNA xəbər verir ki, bu barədə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 
Qeyd edilib ki, hadisə mayın 31-də saat 02:50 radələrində qeydə alınıb.
 
“Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün əsgəri, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib”, - deyə məlumatda vurğulanıb.
Tarix: 31-05-2021, 22:50
Xəbəri paylaş





Xəbər lenti