Paşinyan tərəfdarları Köçəryanın qərargahını yumurta atəşinə tutdu, dava düşdü...-VİDEO

Paşinyan tərəfdarları Köçəryanın qərargahını yumurta atəşinə tutdu, dava düşdü...-VİDEO
Dünən axşam  qəsbkar Ermənistanın Çarentsavan şəhərində siyasi motivli  qarşıdurma qeydə alınıb. 
 
Moderator.az xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, şəhərdəki Nikol Paşinyan tərəfdarları Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun seçki qərargahına hücum edib,  ofisin pəncərələrinə yumurta atıblar. 

Hadisədə əsas rolu Paşinyanın “Vətəndaş müqaviləsi” blokunun Çarentsavandakı qərargahının rəhbəri “Zil Amo”  ləqəbi ilə tanınan Hamlet Sadoyan oynayıb.Yumurtaları atdıqdan sonra Sadoyan qərargaha girib, oradakı müharibə iştirakçıları da daxil olmaqla içəridəkiləri söyüb və "Köçəryana səs verən türkdür" –deyə bəyan  edib.
 
Sadoyanı  sakitləşdirməyə çalışsalar da, o, dükana gedib bir bağlama yumurta alıb və geri dönərək Köçəryanın qərargahının qapı və pəncərələrinə yumurta atəşinə tutub və yenidən içəri daxil olub. Bundan sonra qərargah üzvləri ilə onlara hücum edən Paşinyan tərəfdarları arasında əlbəyaxa dava düşüb.

 
Sultan Laçın

Tarix: 7-06-2021, 09:28
Xəbəri paylaş





Xəbər lenti