Tərtərdə özünü yandıran Nüsrət Qasımovun Qarabağ qazisi statusu yoxdu


Tərtər rayonunun Bəyimsarov kənd sakini 1962-ci il təvəllüdlü Qasımov Nüsrət Zöhrab oğlu ailə münaqişəsi zəmnində, həyat yoldaşı Qasımova Şaxsənəm Əvəz qızının ondan boşanması üçün məhkəməyə müraciət etməsinə etiraz olaraq Tərtər Rayon İcra Hakimiyyətninin inzibati binasına yaxın yerdə üzərinə benizin tökərək özünü yandırmağa cəhd etmişdir. Özünəqəsdin qarşısı polis əməkdaşları tərəfindən alınmışdır. Aldığı yanıq xəsarətlərindən Tərtər Rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Vəziyyəti stabildir.
Bəzi mətbu orqanlarda “Tərtərdə Qarabağ qazisi özünü yandırdı” başlığı ilə gedən yazılarla bağlı bildiririk ki, Nüsrət Qasımovun Qarabağ qazisi statusu yoxdu.
Tərtər Rayon İcra Hakimiyyəti
Tarix: 7-06-2021, 15:29
Xəbəri paylaş





Xəbər lenti