Pakistan baş naziri Kanadadakı hadisədən danışdı Mənbə: https://eastnews.org/news/57250


Eastnews.org-un verdiyi xəbərə görə, Pakistan baş naziri İmran Xan sosial media hesabında Kanadada Pakistanlı bir müsəlman ailəsindən 4 nəfərin öldürülməsinə münasibət bildirib.   Xan "Tvitter" hesabındakı paylaşımında Kanadada Pakistan mənşəli müsəlman bir ailəyə edilən hücumda öldürülənlərə görə təəssüfləndiyini söyləyib.   Hücumu terror aktı olaraq xarakterizə edən Xan "(Bu hücum) Qərb ölkələrində getdikcə artan islamofobiyanı ortaya qoydu. İslamofobiyaya beynəlxalq birlik tərəfindən hamılıqla müqavimət göstərilməlidir", - deyib.
Mənbə: Haber7
Tarix: 8-06-2021, 13:09
Xəbəri paylaş





Xəbər lenti