"Protiv" sürən sürücü avtomobili yoldan kənara çıxardı: Qorxulu anlar - VİDEO



Bakıda daha bir sürücünün təhlükəli hərəkətləri avtomobildəki kameraya düşüb. Videogörüntünü redaksiyamıza göndərən sürücü ölümdən son anda döndüyünü bildirib. 


Pravda.az xəbər verir ki, 99-LF-141 qeydiyyat nişanlı "Chevrolet Lacetti" markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına keçərək qarşıdan gələn avtomobilin üzərinə sürüb. Videogörüntünü qeydə alan sürücü qəzaya düşəcəyini görən anda qəfildən istiqamətini dəyişərək yol çiyninə çıxıb. Lakin bu zaman işıq dirəyinə çırpılmaq təhlükəsi ilə üzləşib. Peşəkarlıq göstərən sürücü ikinci maneədən də yayınaraq avtomobili dayandırmasına nail olub.
 

 
avtosfer.az
Tarix: 9-06-2021, 09:33
Xəbəri paylaş





Xəbər lenti