Minaya düşərək öldüyü məlum olan 43 yaşlı şəxslə bağlı DİN-dən açıqlama – YENİLƏNİB


Daxili İşlər Nazirliyi (DİN) Ağdamda itkin düşən şəxsin minaya düşərək ölməsi faktı ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb. İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.
Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.
Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.

***10:10
Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, itkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbilər həyata keçirir.
Tarix: 17-06-2021, 10:45
Xəbəri paylaş





Xəbər lenti