Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar - "Heç kimə demədən..."




Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar - "Heç kimə demədən..."
İyunun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi məlum olub. Mərhumun oğlu Səyyad Hətəmxanov Sputnik Azərbaycanın bölgə müxbiri Emin Əlisahibə bildirib ki, atasının axtarışları düz 10 gün davam edib. O, atası ilə axırıncı dəfə hadisə baş verən gün saat 5 radələrində danışdığını bildirir:

"Ayın 7-də saat 5-ə 10 dəqiqə işləmiş danışdıq atamla. Sağ-salamat idi. Bu, bizim sonuncu danışığımız oldu. Axırıncı dəfə həmin vaxt əlaqə saxladıq. Ondan sonra ona zəng çatmadı. Saat 6-da telefon söndürüldü. Narahat və nigaran qaldım. O, bizə minalanmış ərazilərə getdiyi barədə heç nə deməmişdi".

Mərhumun doğmalarının sözlərinə görə hadisə elə Cəsarət Hətəmxanovun itkin düşdüyü gün, iyun ayının 7-də saat 6-7 arasında baş verib. Mərhumun dayısı Rüstəm Quliyev deyir ki, Cəsarət evdən çıxarkən, bu barədə heç nə deməyib. Dayısının sözlərinə görə, Cəsarət Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində işləyib. İşlədiyi sexdən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb:

"Heç kimə demədən fəhlələri gətirib qoyub qəbirstanlığa ki, işləsinlər. Bu barədə fəhlələrin xəbəri olub-olmayıb, onu bilmirik. Onlara deyib ki, siz işinizdə olun. Mən 2 saata qayıdıram".
Tarix: 18-06-2021, 09:17
Xəbəri paylaş





Xəbər lenti