“Dedilər ki, rəisi işdən çıxarıblar deyə göndərməyə ekspert yoxdur”



“Dedilər ki, rəisi işdən çıxarıblar deyə göndərməyə ekspert yoxdur”
Ötən il “Sobsan” boya fabrikində baş verən güclü yanğın zamanı zavodla yanaşı olan və yanan evin sahibi ekpertizanın qanunauyğun aparılmamasını iddia edir.

“Qafqazinfo”ya müraciət edən şikayətçi Məhyəddin Alməmmədov bildirib ki, 2020-ci il iyulun 4-də “Rəmzi-S” MMC-yə məxsus “SOBSAN” boya fabrikində baş vermiş yanğın nəticəsində ona 97 697 manat məbləğində zərər dəyib: “Lakin bu günə kimi ödəniş edilməyib, yanğınla bağlı başlanan cinayət işinə isə xitam verilib”.

Daha sonra Nərimanov rayon məhkəməsinin hakimi Tural Ələkbərovun 18 may 2021-ci il tarixli qərarı ilə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi Camaləddin İdrisovun “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarı qanunsuz hesab edilərək ləğv edilib və iş üzrə araşdırmanın davam etdirilməsinə qərar verilib. Bunun ardınca istintaq təkrar əmtəəşünaslıq ekspetizası təyin edib.



M. Alməmmədovun sözlərinə görə, bir aydan çox vaxt keçsə də, ekspert hadisə yerinə baxış keçirməyib: “Dəfələrlə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə getmişəm, amma heç kim qəbul etmir. İdarənin qəbul otağından şöbə rəisi olduğu deyilən şəxslə telefonla danışıram. Hər dəfə də deyir ki, idarənin rəisini işdən çıxarıblar, Zamin adlı müavin də işdə yoxdur. Həmin şəxs deyir ki, idarədə hadisə yerinə baxış keçirməyə ekspert yoxdur. Artıq bir aydan çoxdur ki, istintaqın qərarı icra edilmir. Mənə də ödəniş edilmədiyi üçün yanğın vaxtı yanan evimi tikə bilmirəm, övladlarıma məxsus məişət avadanlıqlarını ala bilmirəm”.

İddialarla bağlı münasibət öyrənmək üçün Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinə iyunun 29-da sorğu versək də, vətəndaşın şikayəti ilə bağlı açıqlama verilmədi.
Tarix: 2-07-2021, 16:36
Xəbəri paylaş





Xəbər lenti