İsti hava, zəhərli gürzə: Nə qədər insanı ilan sancıb? - RƏSMİ


İsti hava, zəhərli gürzə: Nə qədər insanı ilan sancıb? - RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən gün Qazaxda ilan sancması faktı qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Lerik rayon sakini Tağıyev Ələddin İdris oğlu ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun paytaxta aparılması nəzərdə tutulub.
Ölkəmizdə ilansancmaları ilə bağlı son vəziyyət necədir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında baş toksikoloq Azər Maqsudov aprel ayından bəri qeydə alınan statistikanı açıqlayıb:
“Aprel ayından etibarən 30 ilansancması qeydə alınıb. Onlardan 4-ü azyaşlıdır. Gürzə ilanının sancması ilə bağlı müraciələr olunub.
Onların müalicəsi üçün lazımi addımlar atılıb”.
Tarix: 6-07-2021, 22:31
Xəbəri paylaş





Xəbər lenti