Qayınanasını öldürdü, arvadını ağır yaraladı - DƏHŞƏT



Şəmkir rayonunda qətl törədilib.

Pravda.az xəbər verir ki, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qayınanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb.

Nəticədə, qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report
Tarix: 13-07-2021, 22:28
Xəbəri paylaş





Xəbər lenti