Azərbaycanda bir nəfər minaya düşərək öldü
Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb.Siam.az-ın məlumatına görə, hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb.
Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb.
O, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Report
Tarix: 14-07-2021, 23:34