Qəbələdə dağlıq ərazidə yanğın başlayıb


Qəbələdə dağlıq ərazidə yanğın başlayıb
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
 
Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.
 
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
 İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır. Əlavə məlumat veriləcək.
Tarix: 11-08-2021, 09:13
Xəbəri paylaş





Xəbər lenti