Rusiyada avtobus partlayıb - Ölən və yaralananlar var- VİDEO



Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub
 
Rusiyanın Voronej şəhərində sərnişin avtobusunda baş verən partlayış zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.
 
Siam.az TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.
 
"Xəsarət alanların sayı 18 nəfərə çatdı, onlardan biri - qadın öldü", - Qusev özünün teleqram sosial şəbəkəsindəki hesabında yazıb.
 
Qeyd edək ki, xəsarət alanlar arasında uşaq yoxdur.
 
Faktla bağlı cinayət işi qaldırılıb.
 
Partlayışa avtobusun qaz avadanlığında yaranmış nasazlıq səbəb olub. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış zamanı avtobusda 35 nəfər olub.
Tarix: 13-08-2021, 09:10
Xəbəri paylaş





Xəbər lenti