Bakıda şok olay: Yüksək vəzifəli məmurun bağ evi soyuldu




Avqustun 29-da axşam saatlarında Abşeron rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Siam.az xəbər verir ki, Görədil qəsəbəsindəki bağ evlərindən birində oğurluq hadisəsi olub.

Məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, ev sahibi yüksək vəzifəli məmurdur. Evdən konkret nəyin aparıldığı haqda dəqiq məlumat olmasa da, oğruların əliboş getmədikləri deyilir.

Hazırda əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.

Xəbəri rəsmi qurumlarla dəqiqləşdirməyə çalışırıq. (Globalinfo.az)
Tarix: 30-08-2023, 13:43
Xəbəri paylaş





Xəbər lenti