Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində 56 nəfər saxlanılıb


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin avqust-sentyabr 
ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin 
qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, 
qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və 
digər cinayətlər törədən ümumilikdə 56 nəfər saxlanılıb.

Həmin şəxslərdən 32-si 
narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində 
polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 
kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.
Həmçinin, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının 
keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək 
onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 8, evlərdən və 
avtomobillərdən oğurluqlar edən 2,  vətəndaşlara qarşı soyğunçuluq edən 1, 
qanunsuz olaraq odlu silah saxlayan 2, qəsdən sağlamlığa zərər vuran 1,  xuliqanlıq 
edən 8 və başqa cinayət əməlləri törədən 2 nəfər şəxs də saxlanılaraq istintaqa 
təqdim olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq 
Bölməsində araşdırmalar davam etdirilir.
Siam.az
Tarix: 3-10-2023, 22:52
Xəbəri paylaş





Xəbər lenti