Hüseyn Büyükfıratın müavininin Azərbaycandakı şirkətinin yenidən vergi borcu yarandı – 100 min AZN-dən çox – FOTO

 

Hüseyn Büyükfıratın müavininin Azərbaycandakı şirkətinin yenidən vergi borcu yarandı –
“Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının dövlətə yenidən külli miqdarda vergi borcu yaranıb.

32gun.az-ın əldə etiyi məlumata görə, şirkətin hazırki vergi borcu 103 min manatdan çoxdur. (103365.54 AZN)

Bildirək ki, 15.08.2007 ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin rəhbəri və qanuni təmsilçisi Lokman Biterdir.

Lokman Biter Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfıratın müavinidir.

Mətbuatda gedən məlumatlara görə, avqust ayında “Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıbı. Şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Tarix: 14-10-2023, 23:08
Xəbəri paylaş





Xəbər lenti