İranın edam hökmü çıxardığı soydaşımız AĞ BAYRAQ QALDIRIB BAKIYA SIĞINDI.... - BİZ DƏ ONU HƏBS ETDİK...

İranın edam hökmü çıxardığı soydaşımız AĞ BAYRAQ QALDIRIB BAKIYA SIĞINDI....
İranda siyasi təzyiqlərə məruz qaldığı üçün ölkəni tərk etdiyi deyilən Puya Hüseyn oğlu Purməmmədi Azərbaycanla sərhəddə saxlanılaraq Bakıya gətirilib. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbərə görə, Səbail Məhkəməsinin qərarı ilə onun barəsində (sərhədi qanunsuz keçmə ittihamı ilə) 2 ay həbs qətimkan tədbiri seçilib.

Ailəsi deyib ki, Puya Azərbaycan sərhədində ağ bayraq qaldırıb və təslim olub.

Deyilənə görə, Puya İranda edam təhlükəsi ilə üzləşibmiş. Onun əvvələr də həbslə üzləşdiyi bildirilir. Puya əslən təbrizlidir.

Hər halda rəsmi Bakı bu olaya aydınlıq gətirməlidir.
Tarix: 15-10-2023, 09:11
Xəbəri paylaş





Xəbər lenti