Lənkəranda bank işçisi meşədə özünü asıb

Rəşad Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil
Lənkəranda intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, Lerik rayon Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov Lənkəran rayonunun Rvo kəndində şadlıq sarayının arxasındakı meşə massivində özünü asaraq intihar edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
İstintaqa lazım olan maddi sübutlar götürülür.
R.Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil.
Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov banklardan birinin Lənkəran filialının işçisi olub.
Tarix: 17-10-2023, 16:46
Xəbəri paylaş





Xəbər lenti