Balakəndə 38, Şəkidə 64 yaşlı kişi intihar edib


Balakəndə 38, Şəkidə 64 yaşlı kişi intihar edib.
Siam.az "Report"un məlumatına istinadla bildirir ki, 1985-ci il təvəllüdlü, rayonun Hənifə kəndində yaşayan Elmir Şabanov ailəsinə məxsus fındıq bağında sirkə turşusu içərək həyatına qəsd edib.
Bundan başqa, 1959-cu il təvəllüdlü, Şəki şəhəri, Şəhriyar küçəsi, ev 1/5 ünvanında yaşayan Xanlar Məmmədov Xanlar yaşadığı evin həyətindəki yarımtikilinin taxta tirinə bağlanmış ipdən asılmış vəziyyətdə aşkar edilib. Onu kürəkəni İlməddin Rəhimov aşkar edib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Tarix: 18-10-2023, 09:20
Xəbəri paylaş





Xəbər lenti