Rusiyada azərbaycanlını öldürərək qaçan şəxsin ailə üzvlərini oğurladı - CƏZA


Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Şahin Hüseynovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətləri veriblər. Lakin Şəki Apellyasiya Məhkəməsi təmin etməyib.
 
İttihama görə, Şahin Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi tamah məqsədi ilə oğurlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edib. Belə ki, 2010-cu ildə Rusiyanın Kolıvan qəsəbəsinin sakinləri ilə Rafiq Məmmədov arasında pul tələb etmə zəminində münaqişə baş verib. Nəticədə taksi sürücüsü M.Musinov Novosibirsk vilayəti, Kolıvan rayonu, Kolıvan qəsəbəsi Yujino kəndi avtomobil yolunun 7-ci kilometrliyində Rafiq Məmmədovu öldürüb, meyitini yol kənarındakı dərəyə atıb, özü isə hadisə yerindən qaçaraq Rusiyanı tərk edib. Hadisədən sonra Şahin Hüseynov həmin ildə tanışları - Emin Şahbazov, Rauf Məmmədov və digər şəxslə Novosibirsk vilayəti, Kolıvan qəsəbəsindəki “Metelitsa” bazarının ərazisində yerləşən “Nadejda-Pari” kafesində toplaşıb, orada Rafiq Məmmədovun izsiz-soraqsız itkin düşməsi hadisəsini müzakirə edib və M.Musinovun onu öldürməsindən şübhələniblər. Buna görə də təqsirləndirilən şəxs M.Musinovu axtarıb tapmaq məqsədi ilə onun ailə üzvlərini oğurlamaq qərarına gəlib. Cinayət materiallarında qeyd edilib ki, Şahin Hüseynov öz cinayətkar niyyəti barədə Emin Şahbazov, Rauf Məmmədov və digər şəxsə bildirdikdən sonra, onlar M.Musinovun ailə üzvlərini oğurlamaq üçün qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər.
Tarix: 18-10-2023, 11:10
Xəbəri paylaş





Xəbər lenti