Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var - FOTO

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.


Siam.az-ın "Report"a istinadən məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suanə Karakaş hadisə yerində ölüblər. İnsident zamanı daha bir neçə nəfər xəsarət alıb. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var
Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var
Tarix: 28-10-2023, 09:00
Xəbəri paylaş





Xəbər lenti