Ürəyinə stent qoyulan şəxs həkim otağının qarşısında öldü - VİDEO


6 nömrəli şəhər poliklinikasında  bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib. Xezerxeber.az xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stent qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib.
 

Mərhum Məmməd Məmmədovun  müayinə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirib ki, xəstə oktyabrın 26-da döş qəfəsindəki ağrıya görə gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb.
 
Xəstəxanaların birində ürəyinə 2 stent qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq  üçün poliklinikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
 

Tarix: 1-11-2023, 10:43
Xəbəri paylaş





Xəbər lenti