Azərbaycanda tanınmış iş adamına 7 il HƏBS VERİLDİ – FOTO


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədova hökm oxunub.
Siam.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib.

Bildirilib ki, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340000, 351884, 68000, 170000, 272000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.


Tarix: 2-11-2023, 20:49
Xəbəri paylaş





Xəbər lenti