Makaronun içindən diri siçan balaları çıxması iddiasına MÜNASİBƏT - YENLƏNİB

Makaronun içindən diri siçan balaları çıxması iddiasına MÜNASİBƏT - YENLƏNİB - VİDEO 

“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.
Şirkətdən bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.
“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında qeyd olunur.
***19:25
Mağazaların birindən alınan makaronun içindən diri siçan balaları çıxıb. 
BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 
Diri siçan balalarının makaron qablaşdırılmasının içinə necə düşdüyü isə məlum deyil. 
Üzləşdiyi acınacaqlı mənzərəni ictimailəşdirən sakin hadisədən təsirlənib. 
Yayılmış görüntülərlə bağlı münasibət öyrənmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ agentlik tərəfindən nəzarətə götürülüb: "Sosial şəbəkədə yayılan bu görüntü ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".







Tarix: 26-07-2024, 23:19
Xəbəri paylaş





Xəbər lenti