Azərbaycan səfirindən və yoldaşından 180 minlik saat oğurlanıb: İkiillik səfirin 180 minlik saatı


Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Cəfər Hüseynzadə və həyat yoldaşı bazar ertəsi Brüsseldə amansız quldurluğun qurbanı olublar.

SƏHƏRMEDİA-nın məlumatına görə, bu barədə Sudinfo nəşri məlumat yayıb.
Məlumata görə, skuterdə olan iki şəxs revolverin qundağı ilə səfirin və onun həyat yoldaşının başına vuraraq, onlardan ümumi dəyəri 90 min avro olan iki ədəd dəbdəbəli Rolex saatını qarət ediblər.
2024-08-07_00-31-14
Qeyd edək ki, Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə 18 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub.
 
 
Tarix: 7-08-2024, 10:16
Xəbəri paylaş





Xəbər lenti