Diqqət! “Oba” market uşaqları belə zəhərləyir - FOTO


“Oba” marketlərində istifadə müddəti bitmiş məhsullar satılır. Belə məhsullardan biri də işaqlar üçün nəzərdə tutulmuş çərəzlərdir. Tribunainfo.az xəbər verir ki, bu halla müştəri Gülənaz Əliyeva qarşılaşıb. O bildirib ki, uşaq üçün aldığı çərəzin istifadə müddəti bitsə də satışdan yığışdırılmayıb:
 
“Şikayətim “Oba” marketlər şəbəkəsindəndir. Vaxtı keçmiş məhsul satırlar. Həqiqətən biabırçılıqdır, 2 həftədir məhsulun vaxtı bitib, hələ də satışdadır. Nəzərə alın ki, uşaqlar da yeyir bunu”.
 
Pravda.az "Oba"ya sorğu ünvanlayıb. 
 

Tarix: 20-08-2024, 17:04
Xəbəri paylaş





Xəbər lenti