“Hurriyyet TV”-də çıxış edən Göyçay sakini həbs olundu – XANIMINDAN AÇIQLAMA

“Hurriyyet TV”-də çıxış edən Göyçay sakini həbs olundu – XANIMINDAN AÇIQLAMA


Dünən “Hurriyyet TV”-də çıxış edən Göyçay sakini Anar Hüseynov polis tərəfindən saxlanılıb. Hurriyyet.az xəbər verir ki, bu barədə A.Hüseynovun xanımı məlumat verib.
Məlumata görə, Anar Hüseynov bu gün günorta saatlarında Göyçay rayon Polis şöbəsinin əməkdaşları tərəfindən güc tətbiq etmək yolu ilə evindən aparılıb. Xanımı deyir ki, polislər həyat yoldaşına “Hurriyyet TV”-də çıxış etdiyi üçün 10 sutka həbs cəzası verildiyini bildirib.
Qeyd edək ki, Anar Hüseynovun ailə üzvləri həbs cəzasının nə vaxt, kim tərəfindən verildiyi haqda heç bir informasiya ələ edə bilmirlər. Hətta onun hazırda saxlanıldığı yer haqda da Polis şöbəsi heç bir açıqlama vermir. Bu səbəbdən də, A.Hüseynovun ailə üzvləri və yaxınları onun taleyi ilə bağlı ciddi narahatdır.
Güman edirik ki, Daxili İşlər Nazirliyi bu qanunsuz həbslə bağlı açıqlama yayacaq və Anar Hüseynovun hansı səbəbdən həbs olunmasına rəsmi münasibət bildiriləcək. Göyçay polislərinin dediyi kimi, həqiqətən də o, “Hurriyyet TV”-də çıxış etdiyi üçün 10 sutka həbslə cəzalandırılıbsa, güman edirik ki, bu halda bu məsələyə ən yüksək səviyyədə reaksiya verilməlidir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
Tarix: 21-08-2024, 10:32
Xəbəri paylaş





Xəbər lenti