Bakı sakininin evinin qarşısında "piramida" tikdilər – TİKİLİ QANUNSUZ OLSA DA, SÖKƏN YOXDUR… / FOTOLAR

Bakı sakininin evinin qarşısında


Bakı şəhər sakini Amanəliyev Elçin Balahüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qanunsuz olaraq mənzilinin qarşısında obyekt tikilib. Obyektin sökülməsi üzrə aidiyyatı qurumlara müraciət etsə də, bu, mümkün olmayıb:
“Qeyd edim ki, yaşadığım binanın qarşısında tikilən, sonradan sökülməsinə qərar verilən obyektin söküntüsü tam icrası olunmamışdır. Məsələ ilə bağlı FHN, Şəhərsalma İdarəsi ilə əlaqə saxlamışam. Sökülmə qərarı əlimdə olsa da, lakin səlahiyyətli qurumlar qərası icra etmirlər”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bizə bildirildi ki, 06 avqust 2024-cü ildə müvafiq qurumların iştirakı ilə divarın müəyyən hissəsi sökülmüşdür. Belə ki, tikilinin bir hissəsi kərpic materialından olduğundan sökülmüş, monolit dəmir beton konstruksiya olan digər hissənin həmin anda sökülməsi mümkün olmamışdır.
Şikayətçinin redaksiymıza göndərdiyi fotoları da oxucularımıza təqdim edirik.
Aynurə İSMAYIL
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.








 
Tarix: 21-09-2024, 14:20
Xəbəri paylaş





Xəbər lenti