İcra başçısına ağır itki - Qardaşını "tok" vurdu



Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib. Pravda.az lent.az-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa şirkəti) qeydə alınıb.
 
Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb. Modern.az-ın məlumatına görə isə o, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşıdır.
 
Hadisənin dünən baş verdiyi qeyd edilir.
 
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
Tarix: 25-09-2024, 15:51
Xəbəri paylaş





Xəbər lenti