2017-ci ildən bəri rinqə çıxmamış ukraynalı boksçu Vladimir Kliçko üç döyüş üçün nəzərdə tutulan kontrakt barədə DAZN striminq platforması ilə danışıqlar aparıb.
Teleqraf.com xəbər verir ki, ukraynalı idmançının mümkün rəqibləri arasında britaniyalı Tayson Füri və Entoni Coşuanın adları çəkilir.
Əgər bu sövdə baş tutarsa, Kliçko öz karyerasını bərpa edəcək və DAZN şirkətinin səfiri olacaq.
Kliçko həmin kontraktı birbaşa platformanın səhmdarı Leonid Blavatnik ilə müzakirə edib. Əqd barədə razılıq əldə ediləndən sonra 42 yaşlı boksçu ilk döyüşünü orta səviyyəli rəqiblə aparacaq. Onun ikinci döyüşu Tayson Füri ilə əvəzçıxma döyüşü ola bilər.
Xatırladaq ki, həmin döyüş iki dəfə - 2015-ci və 2016-cı ildə ləğv edilib. Ehtimal edilən üçüncü döyüş Entoni Coşua ilə əvəzçıxama döyüşü ola bilər. 2017-ci ilin aprel ayında Coşua 11-ci raundda Kliçkonu texniki nokautla məğlub edib və o vaxtdan ukraynalı idmançı rinqə çıxmayıb.