“Əslində əhalinin 70 faizdən çoxu limiti keçir”
İşıq və qaz pulunun hesablanma qaydası dəyişəndən sonra bir çox insanlar şikayətlənirlər ki, onlara əvvəlkindən xeyli artıq məbləğdə qəbzlər gəlməkdədir. Bu isə imkansız ailələrdə narazılıq yaradıb.
Sonuncu ödəniş qəbzləri sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
Nicat Fətəliyev: “Əvvəl işığa 30, qaza 70 manat verirdik. Qaz çox yazmasın deyə elektrik sobasından istifadə etməyə başladıq. İndi işığa 90 manat, qaza 130 manat gəlib”.
Samrat Ibrahimov: “Bir aya 50 manat ödədik. Əvvəl 15 manat verirdik. Zülm çəkirik”.
Ayxan Nəcəfli: “Dekabrın 20-də bütün borclarımızı ödədik. Dünən 238 manat borc gəlib. Elə bil restoran işlədirik”.
Ötən il noyabrın 29-da Tarif Şurası işıq və qazın tariflərini dəyişib. Qazdan illik 1500 kubmetrdən çox istifadə edənlər bundan sonra daha çox – kubmetrinə 20 qəpik ödəyəcəklər.
Ayda işıqdan 300 kilovatdan çox istifadə edənlərsə kilovatına 7 qəpik deyil, 11 qəpik ödəyəcək.
Hökumət qiymət artımı zamanı bildirmişdi ki, əhalinin 65 faizdən çoxu qoyulan limitləri keçmir.
Üç nəfərlik ailədə aylıq gəlirləri 700 manatı aşmayan tərcüməçi Rüfət Əhmədoğlu deyir ki, belə görünür ki, onlar bu limiti aşıblar. Həmişə 50 manatdan çox ödəmədikləri işığa indi 84 manatlıq qəbz gəlib:
“84 manat aylıq gəlirimizin 15-20 faizidir. İşığa 84 manat versəm, digər ehtiyaclarım var. Evdə körpəm var. Onun da xərcləri qarşılanmalıdır. Başqa kommunal xərclərim var. Belə görünür, diş-dırnaq olub, dolanmalıyam. Özümə kənara atmağa heç nə qalmır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əslində əhalinin 70 faizdən çoxu qoyulan limiti keçir. Bildirir ki, kommunal qiymətlər qaldırılarkən sosial ədalət təmin olunmayıb, əhalinin aztəminatli qismi nəzərə alınmayıb:
“Əhalinin maaşı qalxmır, lakin taariflər qaldırılır. Belə olanda ödəməkdə çətinlik çəkən vətəndaşlar gərək məhkəmələrə müraciət etsinlər. Məhkəmə müstəvisində hüquqlarını qorumağa çalışsınlar”.
“Azərişıq ASC”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, noyabrın 30-na qədər qiymətlər köhnə tariflə hesablanıb, dekabrdansa yeni tariflərlə.
“Aylıq limiti 300 kilovatı aşanlara yeni tarif tətbiq olunur. Bu dekabrın 1-dən belə hesablanır. Heç kimdə bir qəpik belə artıq hesablana bilməz. Əgər belə bir hal varsa, göndərsinlər araşdıraq”.
Azəriqaz İstehsalat Birliyindənsə hələlik münasibət öyrənmək mümkün olmayıb.(azadliq.org)
Tarix: 9-01-2017, 23:04
-
Bu gün, 14:57
General-leytenant və general-mayor ehtiyata buraxıldı - SƏRƏNCAM
-
Bu gün, 14:41
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yuxarı Qapanlı kəndində keçirilib
-
Bu gün, 14:38
Ramiz Mehdiyevin kürəkəni məhkəmə qarşısında: SENSASİON DETALLAR
-
Bu gün, 14:37
Qəssab direktorun qardaşını faizə verdiyi borc pula görə bıçaqlayıb – İTTİHAM AKTI
-
Bu gün, 14:30
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi əlili Füzuli Əliyevin ailəsini ziyarət edib
-
Bu gün, 14:12
Ehtiyatda olan polkovnik “Azərişıq”dan şikayətçidir – Qiymətdən narazı qaldı
-
Bu gün, 12:49
Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI - FOTOLAR
-
Bu gün, 12:04
Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL...
-
Bu gün, 11:25
İrandakı seçki ilə bağlı ABŞ və İsrail nə planlaşdırır? – Azərbaycanlı namizəd ətrafında…
-
Bu gün, 11:20
“Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... - 1,7 milyonluq xalis zərər
-
Bu gün, 11:14
Oliqarx-başçı ilə bağlı qərar verilir... - Ramiz Mehdiyevin yadigarıdır...
-
Bu gün, 10:53
Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov vətəndaşları niyə narazı salır? İDDİA VİDEO/FOTO
-
Bu gün, 09:28
Qeyri-şəffaflığa və hesabatlılığın aşağı səviyyəsinə aid DSMF nümunəsi... - Fəaliyyəti "qaranlıq"dır
-
Dünən, 22:54
Con Harkinsə qarşı daha bir İŞÇİ DAVASI... - Son sözü hakimlər deyəcək...
-
Dünən, 22:39
Azərbaycan internetin sürətinə görə niyə geridədir? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:34
Quantanamo hədəfdə: ABŞ-nin hərbi bazasından 70 mil məsafədə gizli obyektlər peyda olub
-
Dünən, 22:29
Daha bir ünvandan KÜTLƏVİ İXTİSAR XƏBƏRİ... - BU NƏDİ BELƏ?!
-
Dünən, 22:28
Putin dost ölkələrdə idarəedici kadrların hazırlanması üçün proqram hazırlamağı tapşırıb
-
Dünən, 22:26
Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin gəlini ilə bağlı QƏRAR verdi
-
Dünən, 17:12
Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA
-
Dünən, 17:11
Bu YAP-çılar və bitərəflər “qara siyahı”da - ONLAR MANDATSIZ QALACAQ
-
Dünən, 17:08
"Kapital Bank"la əmanətləriniz təhlükədədir - FAKT BUDUR!
-
Dünən, 17:07
Pulları sayanda maska taxmırdız, indi maskalanmısız" - Talassemiyalı xəstələrin vəsaitlərini mənimsəyənlərin işi
-
Dünən, 17:03
AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA/RƏY
-
Dünən, 16:53
İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb? - İDDİA
-
Dünən, 16:52
Sazişsiz sülh mümkündürmü? - TƏHLİL
-
Dünən, 16:49
Elm və Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir? - EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT...
-
Dünən, 16:45
Siyavuş Novruzov və Sevinc Hüseynova daha deputat olmayacaqlar
-
Dünən, 16:43
Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...
-
Dünən, 10:10
Zibilliyə çevrilən Abşeron şəhəri - VİDEO
{sape_links}{sape_article}