Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz

Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz Tanınmış iqtisadçı Qubad İbadoğlu Milli Məclisin birinci müavini Ziyafət Əsgərovun böhranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Ekspert facebook səhifəsində yazır:

“Azərbaycan böhrandan çıxa bildi?

Belə bitmiş fikir Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovə məxsusdur.



O qeyd edib ki, “dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi”.

Belə ağ yalanlarla ölkəni böhrandan çıxarmaq olmaz. Böhranın çıxış nöqtəsi durumu daha real dəyərləndirməkdən başlayır. Çünki, gerçək vəziyyəti təhrif etmək böhrana qarşı mübarizənin effektini aşağı salır.

Rəsmi məlumatlara görə, ötən il Azərbaycanın qeyri-neft ÜDM-i 5,4 faiz azalıb, milli iqtisadiyyat isə 3,8 faiz kiçilib. Azərbaycan MDB məkaınında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub və həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb.

Ötən ilin lkin məlumatlara görə dünyada qlobal artım isə orta hesabla 3,2 faiz, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üzrə orta hesabla 4,1 faiz olub.

Siz necə bohranın bitdiyini hiss edirsinizmi?”
Tarix: 27-01-2017, 16:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}