“Hökumət üçün xarici öhdəliklər vətəndaş qarşısındakı öhdəliklərdən daha üstündür” - EKSPERT

“Hökumət üçün xarici öhdəliklər vətəndaş qarşısındakı öhdəliklərdən daha üstündür” - EKSPERT Azərbaycanda bu ilin ilk 9 ayında qaz hasilatı 3,4 faiz azalıb, amma ölkənin həm Türkiyəyə, həm Gürcüstana qaz ixracı 4 faiz civarında artıb.

Ölkə əhalisinin yay, qış fəsillərində qazının tez-tez kəsilməsinin səbəbi əhaliyə verilən qazı kəsib xaricə satmaqdırmı?

Cebhe.info məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qazın bir hissəsini BP pulsuz verir:

“Hökumət üçün xarici öhdəliklər vətəndaş qarşısındakı öhdəliklərdən daha üstündür” - EKSPERT

“SOCAR-da isə 1000 m3 qazın hasilatının maya dəyəri 45 manat civarında olduğu halda limitə qədər camaata 100 manata, limiti keçənlərə 200 manata satırlar, amma yenə qazı kəsib onlara ötürürlər - bunun adı nədir?! Belə çıxır ki, hökumət üçün xarici öhdəliklər vətəndaş qarşısında olduğu öhdəliklərdən daha üstündür, çünki xarici öhdəliklərin yerinə yetirilməməsi problem yaradır. Vətəndaşın səsindən asılı olmayan hökumət niyə onun qarşısında olan öhdəliyini yerinə yetirsin ki?!”

Yeganə Oqtayqızı
Tarix: 11-10-2017, 13:58
Xəbəri paylaş





Xəbər lenti