Dünyanın maliyyə rəsmiləri Vaşinqtonda toplaşdı –Qlobal iqtisadiyyatın problemləri müzakirə edilir

Dünyanın maliyyə rəsmiləri Vaşinqtonda toplaşdı –Qlobal iqtisadiyyatın problemləri müzakirə edilir Dünya Bankının prezidenti Cim Yonq Kimin sözlərinə görə, məlumatların təkmilləşdirilməsi və tədqiqatların inkişaf etdirilməsi göstərir ki, əvvəlki düşüncədən fərqli olaraq təhsilə edilən sərmayə iqtisadiyyatı genişləndirməkdə daha böyük rol oynayır.

Cümə günü Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna üzv olan bir sıra ölkənin iqtisadi və siyasi vəzifəliləri Vaşinqtona toplanıb. Yonq Kim bu tədqiqatı "çarpıcı" adlandırıb.

Toplantıda qlobal iqtisadiyyatın inkişaf aspektləri, ticarət əlaqələrində ortaya çıxan narahatlıqlar və inkişafa mane ola biləcək problemlər haqqında müzakirələr aparılıb. Kim dövlət başçılarını və maliyyə nazirlərini ticarət və enerji sahəsinə olduğu qədər insan kapitalına da sərmayə yatırmaqlarına inandıracağına ümid edir.

Dünya Bankının rəhbəri bildirib ki, o bankın dövlət başçılarını borc vermək və digər fəaliyyətlərlə məşğul ola bilsin deyə maliyyə institututları üçün pul artımına inandıracağına nikbin yanaşır. (Amerikanın Səsi)
Siam.az
Tarix: 14-10-2017, 08:11
Xəbəri paylaş





Xəbər lenti