“Azəriqaz” və SOCAR-ın məsul şəxslərinə ağır cəza gəlir? - AÇIQLAMA

“Azəriqaz” və SOCAR-ın məsul şəxslərinə ağır cəza gəlir? - AÇIQLAMA Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə yeni və daha uzun müddətli həbs cəzası tətbiq oluna bilər. Azərbaycan Prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir. Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrum etmədir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında yeni dəyişikliklərin “Azəriqaz” İstehsalat Birliyi və SOCAR-ın məsul şəxslərinə təqdim edilməsinin vacibliyini vurğulayıb:
“Azəriqaz” və SOCAR-ın məsul şəxslərinə ağır cəza gəlir? - AÇIQLAMA
“2016-cı ildə çap olunmuş hesabata nəzər salınmalıdır. Baxıb görsünlər ki, talanma kim tərəfindən aparılır və kimlər həbs olunmalıdır. Qanun “Azəriqaz” və SOCAR-ın bu sahə üzrə məsul şəxslərinə təqdim edilməlidir. Çünki ölkədə həddindən artıq qaz itkisi var. Əhaliyə xəbərdarlıq edilmədən qazı kəsirlər. Qeydiyyatda olmayan sayğaclar, qeyri-qanuni birləşmələr var. Yeni dəyişikliklərə əsasən, talanmaya görə əhalini günahlandıra bilməzlər. Çünki istehlakçı sayğacdan kənar qaz xətti çəkə bilməz ki, kimsə bu itkiyə görə onu günahlandırsın”.

Qeyd edək ki, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Nigar
Tarix: 16-10-2017, 21:45
Xəbəri paylaş





Xəbər lenti