“Nikoil Bank”ın keçmiş sədrinə 20 milyon manat mənimsəmə ittihamı

“Nikoil Bank”ın keçmiş sədrinə 20 milyon manat mənimsəmə ittihamı Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb.

“Report”un xəbərinə görə, Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.


Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin bankın sabiq sədri Xamaza Vasiliy Viktoroviçə qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə bankın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, bankın iddiası tam həcmdə təmin edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən cavabdeh V.V.Xamazanın hərəkətlərində Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcudluğu aşkara çıxarıldığından, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xüsusi qərardadla xəbər verilməsi qərara alınıb. Məhz Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə 28 sentyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.


“Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviçin bankdan mənimsədiyi pulların məbləği məlum olub.“Nikoil Bank”ın keçmiş sədrinə 20 milyon manat mənimsəmə ittihamı

“Report”un əldə etdiyi məlumata görə, V.Xamaza bankın 20 milyon manatdan artıq vəsaitini mənimsəyib.

Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq davam etdirilir. Bundan başqa, “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC- də onlara dəyən ziyanın məbləğini müyyənləşdirmək üçün araşdırma aparır. Məlumata görə, V.Xamazanın bankdan mənimsədiyi pulların məbləği daha çox ola bilər.

Xatırladaq ki, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Xamaza Vasiliy Viktoroviç barəsində cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (Mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə) maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılıb.

Onun hazırda harada olduğu da məlum deyil.

Xatırladaq ki, V. Xamaza 2005-ci ildən 2017-ci ilədək bankın İdarə Heyətinin sədri olub. Bu il onu sədr vəzifəsində Nikoloz Şurgaia əvəzləyib.
Tarix: 17-10-2017, 21:18
Xəbəri paylaş





Xəbər lenti