Bankların problemləri iqtisadiyyat üçün başlıca riskə çevrilib

Bankların problemləri iqtisadiyyat üçün başlıca riskə çevrilib Hökumət Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirib ki, ən mühüm risk ölkənin bank maliyyə sistemində yarana biləcək çağırışlar, əmanətlərin sığortalanması, habelə bank-maliyyə sisteminin restrukturizasiyası ilə əlaqədar xərclərin artması ola bilər.

“Məlum olduğu kimi, bank maliyyə-sisteminə etibarın gücləndirilməsi məqsədilə dövlət əhalinin qorunan əmanətlərinin 100 faiz ödənilməsinə zəmanət verir.

Eyni zamanda, bank maliyyə sistemində yarana biləcək öhdəliklər büdcənin xərc yükünü artırmaqla makroiqtisadi tarazlığa birbaşa mənfi təsir göstərə bilər.


Yuxarıda qeyd olunan risk faktorları 2018-ci il dövlət və icmal büdcələrinin icrası prosesinə birbaşa və dolayısı ilə təsir edə bilər”,- təqdimatda deyilir.

Siam.az
Tarix: 20-10-2017, 22:27
Xəbəri paylaş





Xəbər lenti