“Vosmoy” bazarının qara günləri: camaat niyə qan ağlayır?

“Vosmoy” bazarının qara günləri: camaat niyə qan ağlayır? Binayi- qədimdən ən əlverişli alış -veriş məkanı kimi ad çıxarmış "Vosmoy” bazarı – Bakının 8-ci kilometr qəsəbəsində yerləşən mərkəzi bazarda bu günlər bir səssislik, yas ab- havası hökm sürür. Bu bazarda hər zaman alış-veriş çox qaynar olub.Burdan hər cibə uyğun, hər büdcəyə sərf edən istehlak malları almaq mümkündür. Necə deyərlər kasıbın üzünü ağ edən bazardı "Vosmoy” bazarı. Xüsusən də bazarın ətrafında qurulan piştaxtalarda qiymətlər bazarın içərisinə nisbətən daha ucuz olduğundan buralarda alıcıların əlindən tərpənməyə yer olmurdu Bu gün isə…

Bu gün isə lələ köçüb , yurdu qalıb. Bazarın ətrafındakı bütün alış -veriş nöqtələri yığışdırılıb, əvəzində buralarda polis patrul xidməti güclü reydlər keçirir, tez -tez maşınların qulaqbatıran siqnalları altında səsgücləndiricidən polis xəbərdarlığı eşidilir. "Çəkilin yolun kənarından, çantalarınızı sumkalarınızı buralara tökməyin”.

Yol kənarında əyləmiş satıcılara yaxınlaşıb dərdlərini soruşuram. Səkidə oturan satıcılar bir- birlərinə aman vermədən danışırlar
"Bizim burdakı yerimizi dünən yerlə bir etdilər.Əziyyət çəkmişdik.O piştaxtaların hazırlanmasına 50-100 manat xərc çəkilib, gəlib qırıb- töküb getdilər. Səbəb də odur ki, bizim bu yerlərimiz bazarın sərhədlərindən kənardadır.Bazara aid deyil.Biz yer haqqını polislərə ödəyirik. Burda ən az 400-500 nəfər işləyib, evinə çörək aparırdı.Hərəmizdən hər gün 12-15 manat pul yığılır. Bu pul hesablananda ayda ən az 300 min edir. İcra Hakimiyyətinin bu puldan payı ayrılmayanda da gəlib bizi belə yerlə -yeksan edirlər. Yuxarıların payı çatandan sonra yəqin deyəcəklər ki, təkrar başlayın işə. Bir- iki dəfə də belə ediblər. Ara yerdə bizim gündəlik çörəkpulumuz əldən çıxır, yenidən piştaxtalar yağmur düşməsin deyə örtüklər, çətirlər düzəltmək üçün xərcə düşəsiyik. Bir sözlə yuxarıdakılar vuruşur, təpik aşağıdakılara dəyir”.

Bu bizim bazarda işini- gücünü itirmiş sadə xalqdan eşitdiklərimizdir. Xalq da boş söz danışmaz. Əlaqədar şəxslər bu insanların şikayət və narazılıqlarından bir balaca narahat olub mövqe bildirmək istəsələr, onların da fikrini işıqlandırmağa hazırıq İqtisadi böhran yaşadığımız bu ağır günlərdə bir- birimizə dəstək olaraq ayaqda qalmağa çalışmaqdansa hansısa məmurun cibinə gedəcək pullar xatirinə bu qədər insanı narazı salmaq kimlərin xeyrinədi görəsən?(bizimyol.info)

Siam.az
Tarix: 26-10-2017, 07:40
Xəbəri paylaş





Xəbər lenti