ÜDM-dən adambaşına düşən paya görə Azərbaycan Ermənistanla bərabərləşdi

ÜDM-dən adambaşına düşən paya görə Azərbaycan Ermənistanla bərabərləşdi Moody’s” beynəlxalq reytinq agentliyi 2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmini açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, analoji dövrdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək.

Bu barədə açıqlamanı “Moody’s Investors Service” bank qrupunun direktoru Yaroslav Sovqira verib.

Şirkətin qiymətləndirməsinə görə, analoji göstərici Rusiyada 10 min dolları ötəcək, Qazaxıstanda 8 min, Belarusda 6 min dollar təşkil edəcək. Ermənistanda bu göstərici təqribən 4 min dollara yaxınlaşacaq.

Siam.az
Tarix: 27-10-2017, 09:14
Xəbəri paylaş





Xəbər lenti