Çərəz bazarında canlanma var - QİYMƏTLƏR

Çərəz bazarında canlanma var - QİYMƏTLƏR

Milli.Az bildirir ki, satıcılar çərəzlərin paytaxt bazarlarına həm yerli fermerlərdən, həm də xaricdən daxil olduğunu deyirlər. Qiymətlər isə həmişəki kimi müxtəlifdir. Məsələn, yerli məhsul olan qoz ləpəsinin qiyməti 12-20, fındıq ləpəsi 10-12, badam isə 15-18 manat arasında dəyişir. Qabıqlı qoz və fındığın satışı isə daha ucuzdur.

Bazarda xaricdən gətirilən ən bahalı qozun bir kiloqramının qiyməti isə 30 manatdan başlayır.

Kişmişin qiyməti isə 10-15 manat arasında dəyişir. Satıcılar ötən illə müqayisədə hazırda çərəzlərin qiymətinin ucuz olduğunu bildirsələr də, bayramqabağı qiymətlərin 10 faiz qalxa biləcəyini də istisna etmirlər. /xezerxeber.az
Tarix: 21-02-2018, 22:55
Xəbəri paylaş





Xəbər lenti