Banklar kreditlərdə 6 il geri düşdü

Banklar kreditlərdə 6 il geri düşdü
2018-ci ilin Yanvar ayında kredit qoyuluşları 101,7 milyon manat da azalaraq 11 milyard 656.1 milyon manata düşüb. Azərbaycanda kredit qoyuluşları 2012-ci ildə bu səviyyə ətrafında idi.

Yanvarda ödəmə vaxtı keçmiş kreditlər 69,2 milyon manat artaraq 1 milyard 695.9 milyon manata çatıb. Rəsmi məlumata görə, kredit qoyuluşlarının 14.5%-nin ödəmə vaxtı keçib.

Qeyd edək ki, birinci devalvasiyadan öncə kredit qoyuluşları 18 milyad 579 milyon manat idi. 2015-ci ilin Fevralında birinci devalvasiyadan sonra kredit qoyuluşları 20 milyard 697.2 milyon manata, Dekabrındakı ikinci devalvasiyadan sonra isə 21 milyard 730.4 milyon manata qalxmşdı.

Siam.az
Tarix: 9-03-2018, 14:17
Xəbəri paylaş





Xəbər lenti