“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” ilə bağlı iki iddia qaldırıldı


Bakı Kommersiya Məhkəməsində "Mecc" MMC-nin "6-cı mərtəbə" müstəqil şirkətinə qarşı iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, ayrı-ayrı hakimlərin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası iyulun 4 və 6-na təyin edilib.
 
"Mecc" MMC "6-cı mərtəbə" müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
Qeyd: “6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda bildirilir ki, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib.
Tarix: 29-06-2023, 09:49
Xəbəri paylaş





Xəbər lenti