Abşeron Suvarma Sistemləri İdarəsinin - TENDERİ LƏĞV OLUNDU

Abşeron Suvarma Sistemləri İdarəsinin
Abşeron Suvarma Sistemləri İdarəsinin "Xırdalan 1 nasos stansiya binasının və 1 ədəd nasos aqreqatlarının təmiri, 1 ədəd əlavə D1250-125 nasos aqreqatının, 6 kameralı 6kv-luq KSO-273 tipli elektrik şitlərinin quraşdırılması və enerji təsərrüfatının yenidən qurulması işlərinin satınalınması" tenderi ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

ə dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Tarix: 18-07-2023, 09:43
Xəbəri paylaş





Xəbər lenti