İcra başçısının nümayəndəliyi 1 manatlıq şirkətə 36 min AZN köçürüb

İcra başçısının nümayəndəliyi 1 manatlıq şirkətə 36 min AZN köçürüb

Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin "Qazax şəhərində küçələrinin işıqlanması məqsədilə elektirik materiallarının alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
Tenderin qalibi "LEADS GROUP SUPPLY" MMC olub. İcra nümayəndiliyi ilə sözügedən şirkət 36 min manatlıq (36.000,13 AZN\) müqaviləyə imza atıb. 
Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi ƏLİ ƏHMƏDOV VİDADİ OĞLUdur. Şirkətin nizamnamə kapitalı isə cəmi 1 AZN-dir. \\32gun.az
Tarix: 19-07-2023, 13:32
Xəbəri paylaş





Xəbər lenti