BANK SEKTORU və “SANDIQ” ALTINDAKI ƏMANƏTLƏR


BANK SEKTORU və “SANDIQ” ALTINDAKI ƏMANƏTLƏR
Bu dəfə bank sektorumuzun real vəziyyətini əks etdirən bir neçə rəqəm səsləndirəcəm. Çox detallı təsnifat etməyəcəm. Lakin bank sektorumuzu ölçə bilən vacib məqamlara toxunacam.

Azərbaycanın 45 milyard manatlıq (2022-ci il) bank sektorumuz var. Bunun təxminən 9 mlrd. manatı (8,9 mlrd. özüm yuvarlaq rəqəm yazıb diqqəti yayındırmaq istəmirəm.) məcburi ehtiyat normaları da daxil olmaqla 3 mənbə (iqtisadçılar bunu bilir) üzrə formalaşır.
Mərkəzi Bankın isə 32 mlrd. manatlıq isə depoziti var. Fiziki şəxslərin depozitləri 12 mlrd. manat, hüquqi şəxslərin olması isə 20 mlrd. manat təşkil edir. Göründüyü kimi hüquqi şəxslərin depozitlərinin həcmi fiziki şəxslərin depozitlərin təxminən 2 dəfəyədək üstələyir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib ki, Azərbaycanda əmanətlərin yalnız 10 faizi banklarda saxlanılır. Deməli ölkədə depozitlərin faktik həcmi daha çox olmasına baxmayaraq onun ən yaxşı 1\10 hissəsi bankların ixtiyarına verilib.

Bu fakt elə sübut edir ki, əmanətçilərin banklara olan inamı çox zəifdir. Bunu aradan qaldırmaq lazımdır. Çevik bankçılıq məhz “yastıq altında” və “sandıqlarda” olan əmanətləri bankların xidmətinə təklif etməyi bacarsın.

İqtisadiyyatın qan-damar sistemi o zaman “tromplardan” təmizlənir ki, iqtisadiyyatın mühərrikinin çarxları davamlı və effektiv olaraq çalışsın. Bunun üçün bank xidmətləri klassik xidmət növlərini modern xidmətlərlə əvəzləsin.

Məhəmməd Talıblı

Gununsesi.info
Tarix: 23-07-2023, 23:16
Xəbəri paylaş





Xəbər lenti