Mərkəzi Neftçilər Xəstəxanası 50 min manatdan çox vergi borcu olan şirkəti qalib seçdi - QANUN-MANUN HƏRLƏMİRİK...


Mərkəzi Neftçilər Xəstəxanası 50 min manatdan çox vergi borcu olan şirkəti qalib seçdi
Mərkəzi Neftçilər Xəstəxanasının "Firewall Fortigate 81F ( FGT81FTK21000935 ) standart lisenziyanın satın alınması" ilə bağlı elan etdiyi tender baş çatıb.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi "RABALON" MMC olub. Bununla da tərəflər arasında 3.599 AZN dəyərində müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin 50 min manatdan çox (51901.52AZN) vergi borcu mövcuddur.

Bildirək ki, nizamnamə kapitalı 200 AZN olan "RABALON" MMC-nin qanuni təmsilçi RAMİN İSKƏNDƏROV HACIBABA OĞLUdur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Mərkəzi Neftçilər Xəstəxanası 50 min manatdan çox vergi borcu olan şirkəti qalib seçdi

Tarix: 1-08-2023, 08:26
Xəbəri paylaş





Xəbər lenti