BU İNVESTİSİYA ŞİRKƏTLƏRİ GERİLƏDİ – “İNVEST-AZ”, “XALQ KAPİTAL”…

BU İNVESTİSİYA ŞİRKƏTLƏRİ GERİLƏDİ
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb. Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələrinə əsasən geriləyən investisiya şirkətlərinin adları da məlum olub.

Tribunainfo.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” 1-ci, “ABB İnvest İnvestisiya Şirkəti” 2-ci, “CPM-İnvest İnvestisiya Şirkəti” isə 3-cü olub.

6 aylıq dövriyyəsinə görə geriləyən investisiya şirkətləri ilə “MFX Tradinq”, “PSG Kapital”, “İnvest-Az”, “Xalq Kapital” investisiya şirkətləri də var.
“MFX Tradinq” 380 min dövriyyə ilə sonuncudur. “PSG Kapital” 79 milyon, 945 min manat dövriyyə ilə sondan ikinci, “İnvest-Az” investisiya şirkəti isə 154 milyon, 925 min manatla sondan üçüncüdür.

Həmçinin qeyd edək ki, hər həftə dünya birjasını “analiz” edən “İnvest-Az” şirkət siyahıda sondan 3-cü yerdə qərarlaşıb. 6 aylıq dövriyyəsi 154 milyon, 925 min manat olan şirkət yaxşı olar ki, öz fəaliyyətini və dövriyyəsini analiz etsin.
Tarix: 3-08-2023, 18:09
Xəbəri paylaş





Xəbər lenti